İngiltərənin aparıcı klubları "Mançester Siti", "Liverpul" və "Çelsi" yay transfer pəncərəsi öncəsi "Barselona"nın müdafiəçisi Jules Koundeni heyətinə qatmaq üçün mübarizəyə hazırlaşır.
Sfera.az-ın məlumatına görə, Premyer Liqa təmsilçiləri fransız futbolçunun transferində ciddi maraq göstərir və yayda rəsmi təkliflərlə “Barselona”nın qapısını döyməyi planlaşdırır.
Qeyd edək ki, Jules Koundenin Kataloniya klubu ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Buna baxmayaraq, İngiltərə nəhənglərinin təzyiqi qarşısında “Barselona”nın mövqeyinin necə olacağı maraq doğurur.
Niyaz Hacıyev
Sfera.az