İran Məclisi sədrinin müavini Əli Nikzad ABŞ ilə heç bir danışığın olmayacağını və Hörmüz boğazının açılmayacağını bəyan edib.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Əli Nikzad İranın Mərkəzi əyalətində ABŞ-İsrail hücumlarına qarşı keçirilən etiraz aksiyasında iştirak edib. Nikzad bildirib ki, İran, ABŞ-İsrail hücumunda həyatını itirən Ayətullah Əli Xameneyinin intiqamını alana qədər Donald Trampın əlindəki təzyiq vasitələrinə boyun əyməyəcək. Sədr müavini, həmçinin ABŞ-nin İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə danışıqlar apardığı barədə iddiaları təkzib edib. O vurğulayıb ki, müharibə, sülh və ya danışıqlar barədə qərar vermək səlahiyyəti yalnız Ayətullah Müctəba Xameneyiyə məxsusdur və indiyədək hər hansı danışıqlara icazə verilməyib. Nikzad qətiyyətlə qeyd edib: “Hörmüz boğazı heç vaxt açılmayacaq, heç bir danışıqlar olmayıb və olmayacaq”.


 


Bəsti Rəfizadə


Sfera.az