Məşhur aparıcı və model Çağla Şikel bu dəfə idman sahəsindəki cəsarətli performansı ilə diqqətləri üzərinə toplayıb.
Sfera.az xəbər verir ki, izləyicilərinin böyük marağına səbəb olan paylaşımda Çağla Şikelin xüsusi avadanlıqla suda rahat hərəkət etdiyi və performansının mükəmməlliyi diqqət çəkib.
Qoruyucu jilet və xüsusi geyimi ilə təhlükəsizliyə önəm verdiyini göstərən model, bu idmanla özünü formada saxlayır və enerjisini yüksək tutmağa davam edir.
İş qrafikini bir yana qoyaraq şəxsi həyatında da aktiv həyat tərzi sürən Çağla bu yeni paylaşımı ilə həm sağlam yaşamın, həm də idmana olan marağını bir daha vurğulamış olub. Paylaşımının altına gələn bəyənmələr və şərhlər onun izləyicilərindən böyük dəstək aldığını göstərib.
Qeyd edək ki, Çağla Şikel 1979-cu ildə İstanbulda dünyaya gəlib. 1997-ci ildə “Miss Türkiyə” müsabiqəsinin qalibi olaraq tanınmağa başlayan Şikel İstanbul Universiteti Dövlət Konservatoriyasının Balet fakültəsinin məzunudur. Uzun illər modellik edən Çağla daha sonra televiziya proqramlarında aparıcılıq etməyə başlayıb və reklam layihələrində yer alıb.
Müğənni Emre Altuğla əvvəl evli olan Çağla Şikelin iki övladı var. Hal-hazırda aparıcılıq və müxtəlif reklam layihələrində yer alan Şikel həyatında balansı qorumağa və idmanla məşğul olmağa da davam edir.
Mənsumə
Sfera.az