ABŞ prezidenti Donald Tramp İran prezidenti Məsud Pezeşkianın atəşkəs istədiyini iddia edib.


 


Sfera.az xəbər verir ki, o bu barədə “Truth Social” hesabında paylaşım edib.


 


“Sələflərindən daha az radikal və ya daha ağıllı olan İran prezidenti ABŞ-dan atəşkəs istədi! Hörmüz boğazı açıq, azad və təhlükəsiz olanda bunu düşünəcəyik. O vaxta qədər İranı məhv edəcəyik və ya necə deyərlər, onu Daş dövrünə qaytaracağıq”, - deyə, Tramp qeyd edib./publika