Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.


 


Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.


 


Bildirilib ki, Xəzər rayonunda aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar aprelin 2-də saat 10:00-dan etibarən Şağan qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.