Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yeni kadr təyinatı həyata keçirilib.
Sfera.az xəbər verir ki, məlumata görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinə televiziya sahəsində uzunmüddətli təcrübəyə malik Təranə Quliyeva rəhbər təyin edilib. Müvafiq qərar xidmətin icraçı direktoru tərəfindən imzalanıb.
Təranə Quliyeva media sektorunda müxtəlif illərdə bir sıra aparıcı televiziya kanallarında çalışıb. O, əmək fəaliyyətinə Lider TV kanalında redaktor və aparıcı kimi başlayıb. Daha sonra ATV, GünAz TV və MTV Azərbaycan kanallarında aparıcı, redaktor və layihə rəhbəri kimi fəaliyyət göstərib.
Eyni zamanda o, müxtəlif dövrlərdə media strukturunda icraçı və kreativ direktor vəzifələrini də icra edib.
Hazırda Azərbaycan Televiziyası (AzTV) kanalında “Telesəhər” proqramının aparıcısı kimi fəaliyyətini davam etdirən Quliyeva bundan sonra həm televiziya işini, həm də yeni təyin olunduğu ictimai vəzifəni paralel şəkildə icra edəcək./kredit.ay