“Meta” bir sıra eksklüziv funksiyaları özündə birləşdirən pullu “İnstagram Plus” abunəliyini seçilmiş ölkələrdə sınaqdan keçirir.


 


Sfera.az bildirir ki, sosial media məsləhətçisi Matt Navarra “İnstagram Plus”un sınaqdan keçirildiyini elan edib. 


 


Yazıda “İnstagram Plus” abunəliyinin yeni funksiyalarl təqdim edilir:


 


Hekayələr üçün çoxsaylı auditoriya yaratmaq;




Hekayə baxış statistikası;




Hekayələr üçün son istifadə tarixinin uzadılması;




Hekayələr üçün Super Ürəklər;




Hekayə üçün Reklam.


 


Navarranın sözlərinə görə, xidmət hazırda Filippində sınaqdan keçirilir. Abunə ayda 65 Filippin pesosuna başa gəlir (təxminən 1.05 ABŞ dolları).


 


“Meta” nümayəndəsi də “İnstagram Plus”un yayımlanmasını təsdiqləyib. Sınaqların Filippin və Meksika da daxil olmaqla dünyanın bir neçə ölkəsində aparıldığını qeyd edilir. Şirkət “İstagram”ın əsas funksionallığının hər kəs üçün pulsuz qalacağını qeyd edərək, yeni xüsusiyyətləri də ətraflı izah edib.


 


“instagram Plus”ın təklif etdiyi bütün əlavə üstünlüklər hazırda Hekayələrə yönəlib:


 


"Yaxın Dostlar" istisna olmaqla, Hekayələr üçün limitsiz sayda auditoriya siyahısı yaratmaq;




Bir Hekayəni neçə nəfərin təkrar izlədiyini görmək imkanı;




Daha çox baxış əldə etmək üçün müəyyən bir Hekayəyə diqqəti yönəldilməso;




Hekayələr altında animasiya edilmiş Super Bəyənmələr;




Hekayənizi əlavə 24 saat uzatmaq;




Başqalarının Hekayələrinə gizli önizləmə. 


 


“Ümid edirik ki, bu testlər insanların premium xüsusiyyət dəstində ən çox nəyi qiymətləndirdiyini anlamağımıza kömək edəcək"-deyə sözçü bildirib.


 


 


Aynil


Sfera.az