İspaniya son illərdə İsrailin Qəzzada soyqırımını qətiyyətlə pisləyən aparıcı ölkələrdən biri olub. Bütün təzyiqlərə baxmayaraq, İspaniya hökuməti ABŞ və İsrailin İrana hücumlarına da qarşı çıxıb və dünya müsəlmanlarının rəğbətini qazanıb.
Lakin İspaniya və Misir arasında keçirilən yoldaşlıq oyunu zamanı bir qrup azarkeşin "Tullanmayan müsəlmanlar" şüarı səsləndirməsinə reaksiyalar sürətlə artıb. Aşağıda oxumağa davam edin chevron-right-grey
Sfera.az bildirir ki, İspaniyalı azarkeşlərinin şüarları qalmaqallara səbəb olub.
İspaniya Milli Komandasının müsəlman ulduzu Lamine Yamal fəal reaksiya verənlərdən biri olub.
Gənc ulduz “İnstaqram”da:
"Mən müsəlmanam, Əlhəmdulillah”-deyə paylaşım edərək:
“Dünən stadionda "Tullanmasan, müsəlmansan" şüarı eşidilib. Bilirəm ki, rəqib komandaya yönəlmişdi və mənə qarşı şəxsi hücum deyildi; lakin, bir müsəlman olaraq, bu, yenə də böyük bir hörmətsizlikdir və qəbuledilməzdir.
Başa düşürəm ki, bütün azarkeşlər belə deyil, amma bu cür şüarlar səsləndirənlərə müraciət edirəm: Bir dini futbol meydançasında lağ mövzusu etmək sizi yalnız cahil və irqçi insanlar kimi göstərir.
Futbol zövq almaq və dəstək üçündür; insanlara kimliklərinə və ya inanclarına görə hörmətsizlik etmək üçün deyil.
Buna baxmayaraq, bizi dəstəkləməyə gələn hər kəsə təşəkkür edirik, Dünya Kubokunda görüşənədək”-deyə açıqlama verib.
İspaniya hökuməti isə ispan azarkeşin irqçi şüarlarına aşağıdakı açıqlama ilə reaksiya verib:
“Bu tamamilə qəbuledilməz davranışlar idmanı hörmət və birgəyaşayış məkanı kimi başa düşən və qəbul edən ispan azarkeşlərinin böyük əksəriyyətini heç bir şəkildə təmsil etmir. İrqçilik və ksenofobiyaya qarşı sıfır tolerantlıq institusional tələb və əvəzolunmaz demokratik prinsipdir.”
Aynil
Sfera.az