"Möhtəşəm Yüzil" televiziya dünyasının ən sevilən seriallarından birinə çevrilib. Güclü aktyor heyəti və unudulmaz personajları ilə yaddaşlara həkk olunmuş serial, illər sonra da populyarlığını qoruyub saxlayır.
Sfera.az bildirir ki, jurnalist Birsen Altuntaş “Eşq və Taxt” serialınım hazırlıqlarına başlanıldığını elan edərək, onu "yeni Möhtəşəm Yüzil" adlandırıb.
Halit Ergençdən Məryəm Üzerliyə qədər bir çox usta aktyoru bir araya gətirən istehsal, illər sonra da populyarlığını itirməyib. Hər kəliməsi az qala əzbər olan və köhnə bölümlərini dəfələrlə izlədiyimiz serial unudulmaz istehsallar arasındadır.
Rekord qıran serialdan sonra o vaxtdan bəri buna bənzər bir şey olmayıb. Bəzi tarixi seriallar çəkilsə də, heç biri “Möhtəşəm Yüzil” qədər təsir bağışlamayıb.
İndi isə yeni serial üçün hazırlıqlar başlayıb.
Jurnalist Birsen Altuntaşın sözlərinə görə, “Bozdağ Film” "Eşq və Taxt" serialını təqdim edir. “Bozdağ Film”in yeni yayım mövsümündə ATV üçün istehsal edəcəyi "Eşq və Taxt" dövrü dramı üçün hazırlıqlar başlayıb.
Pərdəarxası məlumatlara görə, Durul və Yağmur Taylan qardaşlarının "Möhtəşəm Yüzil" üslubunda olduğu deyilən serialın rejissor kreslosu üçün nəzərdən keçirilir.
Başqa təfərrüatlarl hələlik məlum olmayan serial indidən böyük maraq doğurub.
Aynil
Sfera.az