Təxminən 6 ay əvvəl Almaniyanın Bannevitz şəhərində təmizlik işləri aparan bələdiyyə işçiləri təxminən 76 min Azn dəyərində qızıl tapıblar. Zaman keçməsinə baxmayaraq, qızılın sahibi tapılmayıb. 


 


Sfera.az bildirir ki, şəhər meri Heiko Wersig 17 aprelə qədər gözləyəcəklərini və sonra qızılı şəhər sakinlərinə paylayacaqlarını açıqlayıb.


 


Almaniyanın Drezden şəhəri yaxınlığındakı Bannevitz qəsəbəsində çalışan bələdiyyə işçiləri təxminən 200 qram qızıl külçə tapıblar.


 


Bələdiyyə işçiləri qızılı bələdiyyəyə təhvil veriblər, lakin vaxt keçməsinə baxmayaraq, sahibi tapılmayıb. Hakimiyyət orqanları qızılın boş əraziyə necə düşdüyünü də müəyyən edə bilməyiblər. Onun dronla daşınarkən düşdüyü ehtimal edilir.


 


Mer Heiko Wersig boş ərazidə 17 aprelə qədər gözləyəcəklərini və sahibi hələ də ortaya çıxmasa, qızılın şəhər sakinləri arasında bölüşdürüləcəyini açıqlayıb.


 


Təxminən 11.000 nəfərlik sakin 17 apreldən sonra qızıldan paylarını alacaqlar.


 


Aynil


Sfera.az