Artemisin uzun müddət təxirə salınan uçuşu bu gün baş tutub.


 


Sfera.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.


 


Bildirilib ki, 50 il sonra Aya uçuşları təzələyən "NASA" bu mərhələdə 4 astronavt göndərib.


 


10 gün çəkəcək bu uçuşda Aya eniş olmayacaq, növbəti uçuş və enmə üçün sistemlər test olunacaq.


 


Raket Kennedi Kosmik Mərkəzindən Bakı vaxtı ilə 02:35-də qalxıb.