İraq Xəbər Agentliyinin (INA) yaydığı məlumata görə, İraq hakimiyyəti milli komandanın 2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasını qeyd etmək məqsədilə 1 və 2 aprel tarixlərini rəsmi tətil elan edib.
Sfera.az xəbər verir ki, məlumata əsasən, müvafiq sərəncamı ölkənin Baş naziri Məhəmməd əs-Sudani imzalayıb.
Qeyd edək ki, İraq millisi daha əvvəl Boliviyanı 2:1 hesabı ilə məğlub edərək dünya çempionatına vəsiqə qazanan son komanda olub. Bu, komandanın dünya çempionatları tarixində ikinci iştirakıdır. İraq yığması ilk dəfə 1986-cı ildə mundialda çıxış edib və qrup mərhələsində sonuncu yeri tutub.
Bildirək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirin final mərhələsində ilk dəfə olaraq 48 komanda iştirak edəcək. İraq millisi I qrupda mübarizə aparacaq və burada Fransa, Seneqal və Norveç yığmaları ilə qarşılaşacaq.
Niyaz Hacıyev
Sfera.az