Məşhur türk müğənnisi Fatih Ürekin vəfatından sonra varislərinə qalan sərvəti açıqlanıb.




Sfera.az xəbər verir ki, jurnalist Seyhan Erdağ sənətçinin əvvəllər bilinməyən aktivlərinin siyahısını dərc edib.


 


Məlumata görə, Ürekin mirası kifayət qədər böyük və diqqətçəkəndir.




Ən dəyərli əmlaklardan biri Bodrumda yerləşən lüks malikanədir. Bildirilib ki, həmin malikanənin bazar dəyəri təxminən 170 milyon türk lirəsi (6,5 milyon manat) ətrafındadır.




Bundan əlavə, müğənninin Ataşehir rayonunda 5 ayrı mənzilə sahib olduğu qeyd olunub. Bu fakt onun daşınmaz əmlak sahəsində ciddi investisiyalar etdiyini göstərir.

Sərvət siyahısına həmçinin təxminən 6 milyon TL (229 min manat) dəyərində avtomobil, bank hesablarında yüksək məbləğdə vəsait, eləcə də brilyant və qızıl zinət əşyaları daxildir.




Qeyd edək ki, açıqlanan bu məlumatlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


 


Mənsumə

Sfera.az