ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makron barəsində səsləndirdiyi fikirlərlə yenidən gündəmə gəlib.


 


Sfera.az xəbər verir ki, Tramp çıxışında Makronla telefon danışığından bəhs edərək onun şəxsi həyatına toxunan ifadələr işlədib. “Fransaya zəng etdim, Makrona. Həmin o həyat yoldaşının ona çox pis davrandığı Makron… O hələ də çənəsinə aldığı sağ zərbənin təsirindən çıxmağa çalışır”,– deyə Tramp bildirib.


 


Trampın sözlərinə görə, o, Makrondan Körfəz bölgəsində yardım istəyib:


 


“Dedim ki, Emmanuel, Körfəzdə bir az köməyə ehtiyacımız var. Rekordlar qırsaq da, pis adamları zərərsizləşdirsək və ballistik raketləri vurub endirsək də, imkanın varsa, dərhal gəmi göndərə bilərsənmi?’”.


 


ABŞ lideri iddia edib ki, Makron bu təklifə mənfi cavab verərək yalnız müharibə başa çatdıqdan sonra dəstək verə biləcəklərini bildirib. Tramp isə buna belə cavab verdiyini deyib: “Mənə müharibə bitəndən sonra kömək lazım deyil”.


 


 


Bəsti Rəfizadə


Sfera.az