Siyasət sahəsi qadın və kişi siyasətçilərin bacarıqlarını, liderlik qabiliyyətini ön plana çıxarsa da bəzi siyasətçilər təkcə siyasi fəaliyyəti ilə deyil, eyni zamanda zövqlü və tərz sahibi olmaları ilə də diqqət çəkirlər. Onlar həm yüksək vəzifələrdə çalışır, həm də görünüşləri və davranışları ilə nümunə olurlar.

 


 


Sfera.az sizə ən zövqlü qadın siyasətçiləri təqdim edir:


 


Azərbaycanın zövqlü siyasətçiləri


 




Mehriban Əliyeva


 



 


Geyim tərzi və görünüşü ilə seçilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan qadın siyasətçiləri arasında fərqlənir. O, klassik və eleqant üslubu, zərif kostyumları, incə aksessuarları ilə rəsmi tədbirlərdə diqqət çəkir. Onun stili həm yaşına uyğun, həm də qlobal diplomatik mədəniyyətlə uzlaşan zəriflik nümunəsidir. 


 




Leyla Əliyeva


 



 


Geyim tərzi onun fərqli üslubunu tamamlayır. Leyla Əliyeva rəngarəng, şık və müasir kombinləri ilə seçilir. Rəsmi tədbirlərdən kənarda o, daha sərbəst və yaradıcı geyimlərə üstünlük verərək, həm incə zövqünü, həm də gənc auditoriya ilə əlaqəsini nümayiş etdirir.


 




Sahibə Qafarova


 



 


Azərbaycan Milli Məclisinin sədri olan Sahibə Qafarova həm siyasi nüfuzu, həm də təsirli görünüşü ilə seçilir. Onun kostyum və formal tərzdə seçdiyi geyimlər daim səliqəli, zövqlü və yaşına uyğun görünür. 


 




Nigar Arpadarai


 



 


Deputat Nigar Arpadarai həm parlamentdə, həm mədəniyyət tədbirlərində geyimlərinə fərqli gözəllik qatmaqla tanınır.


 


Jalə Əliyeva


 



 


Daha fərdi və baxımlı tərzə sahib olan Jalə Əliyeva parlamentdə həm geyim, həm də davranış stilində özünəməxsus, məzmunlu görünüş yaradır. Moda mütəxəssisləri bunun onun üz xüsusiyyətləri və duruşu ilə yaxşı uyğunlaşdığını vurğulayırlar. 


 




Dünyanın zövqlü siyasətçiləri




 


Hina Rabbani Kar


 



 


Pakistanın sabiq xarici işlər naziri, Pakistan Milli Partiyasının üzvü. Zövqlü geyimləri və incə davranışı ilə beynəlxalq arenada tanınır. 


 




Yeva Kayli


 



 


Yunan siyasətçisi, Avropa parlamentinin üzvü. Televiziya aparıcısı kimi tanınmışdan sonra siyasətə keçib, həm də diqqətçəkən görünüşü ilə seçilir. 


 


 


Orli Levi-Abukasis


 



 


İsrailin “Bizim ev İsraildir” partiyasının üzvü. Ölkənin tarixində ən gözəl qadın siyasətçilərdən biri sayılır.


 


 Siyasət yalnız liderlik, bacarıq və qərar vermək deyil, bəzən nümunəvi görünüş və tərz sahibi olmaq da önəmlidir. Bu siyasətçilər həm professional fəaliyyətləri, həm də zövqlü imicləri ilə ilham mənbəyidirlər.


 


Mənsumə

Sfera.az