Bir zamanların sevilən seriallarından olan “Muhteşem Yüzyıl” a bənzər yeni bir ekran işi izləyicilər üçün hazırlıqlara başlayıb.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, “ATV” ekranlarında yayımlanacaq yeni tarixi dram serialı “Aşk və Taht” “Bozdağ Film” imzası ilə ərsəyə gələcək layihənin yeni mövsümdə tamaşaçılarla görüşməsi planlaşdırılıb. Tarixi atmosferi və hakimiyyət uğrunda mübarizəni ön plana çıxaran serialın, ekranların yaddaqalan işlərindən olan “Muhteşem Yüzyıl” ab-havasını xatırladacağı bildirilib.


 


Layihənin dizaynı Mehmet Bozdağa məxsusdur. Ssenari müəllifləri heyətində isə Serdar Özönalan, Hasan Erimez, Özlem Atasoy və Melek Yalçın yer alır. Məlumata görə, serialın rejissorluğu üçün Durul Taylan və Yağmur Taylan ilə danışıqlar davam edir. “Aşk və Taht” serialı Anadolu Səlcuqlu Dövlətinin ən qüdrətli dövrlərindən birini ekranlara daşıyacaq.


 


Süjetdə “Böyük Keykubad” kimi tanınan I Əlaəddin Keykubadın hakimiyyəti dövründə saray daxilində yaşanan intriqalar, güc savaşı və taxt uğrunda mübarizə əsas xətti təşkil edəcək. Tarixi mövzusu və saray dramı ilə diqqət çəkən serialın yeni mövsümün ən iddialı layihələrindən biri olacağı gözlənilir.


 


Fidan Hacızadə


Sfera.az