Bir dövrə damğa vuran “Çocuklar Duymasın” serialında canlandırdığı Əminə obrazı ilə yadda qalan aktrisa Melek Şahin yenidən diqqətləri üzərinə toplayıb.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, 2002-ci ildə yayımlanmağa başlayan və geniş tamaşaçı auditoriyası qazanan serial, bir çox unudulmaz obrazı ilə televiziya tarixində özünəməxsus yer tutub. Həmin obrazlardan biri də çayçı Hüseynin həyat yoldaşı kimi tanınan Əminə olub. Melek Şahinin canlandırdığı Əminə obrazı səmimi davranışları, hazırcavablığı və rəğbət doğuran xarakteri ilə qısa zamanda izləyicilərin sevgisini qazanmışdı.


 


Aradan illər keçməsinə baxmayaraq, bu obraz hələ də tamaşaçıların yaddaşında yaşayır. Hazırda 55 yaşında olan aktrisanın son görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub. Onun illər ərzində keçirdiyi dəyişiklik diqqət çəksə də, xüsusilə fit görünüşü və zövqlü tərzi izləyicilər tərəfindən bəyənilib. Sosial şəbəkələrdə yayılan paylaşımlarda Melek Şahinin real həyatdakı tərzinin serialdakı Əminə obrazından xeyli fərqləndiyi vurğulanıb. İstifadəçilər aktrisanın illərə meydan oxuyan görünüşü ilə bağlı çoxsaylı müsbət rəylər yazıblar.


 


Fidan Hacızadə


Sfera.az