Müğənni Elçin Cəfərovun 29 mayda Heydər Əliyev Sarayında baş tutacaq solo konserti ilə bağlı bəzi iddialar gündəmə gəlib.
Sfera.az xəbər verir ki, hər fürsətdə konsertində izləyicilərə keyfiyyətli musiqi ilə yanaşı maraqlı şou təqdim edəcəyini deyən Elçinin bunun üçün çinli mütəxəssislərə üz tutduğu bildirilir.
Belə ki, sənətçi bu dəfə səhnəyə fərqli konseptlə çıxacaq. İddialara görə, musiqili gecədə hazırlanan xüsusi nömrələrdə onu Çindən gətirilmiş rəqs edən robotlar müşayiət edəcək.
E.Cəfərov isə açıqlamasında konsertə ciddi hazırlaşdığını, sürprizləri isə gizli saxladığını bildirib:
"Solo konsert vermək mənim çoxdankı arzumdur. Təbii ki, bu günə çox özəl və məsuliyyətlə hazırlaşıram. Əsas istəyim izləyicilərimi təəccübləndirmək, əyləndirmək və əhvallarını xoş etməkdir. Bunun üçün də dayanmadan çalışırıq. Konsertdə mənim tam fərqli tərəflərimi də görəcəklər. Onlar üçün çox maraqlı ifalarla yanaşı, sürprizlər də hazırlayırıq. Amma onları indi açıqlaya bilmərəm. Bütün bunları görmək üçün hər birinizi 29 mayda Heydər Əliyev Sarayında keçiriləcək konsertimə gözləyirəm".
Firuzə Əliyeva
Sfera.az