Ermənistanın Metsamor Atom Elektrik Stansiyası çərşənbə axşamı etibarilə beş ay müddətinə istismardan çıxarılıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Davit Xudatyan bu gün hökumətin Nazirlər Kabinetinin iclasında bildirib.
Bu qərar nüvə stansiyasının istismar müddətinin uzadılması proqramı çərçivəsində qəbul edilib.
"Çox güman ki, günəş enerjisi stansiyalarımız 2026-cı ildə nüvə elektrik stansiyasının istehsal edəcəyi qədər elektrik enerjisi istehsal edəcək", - nazir əlavə edib.
Firuzə Əliyeva
Sfera.az