Məşhur animasiya serialı “The Powerpuff Girls”un səs aktyorları illər sonra yenidən bir araya gəliblər.
Sfera.az xəbər verir ki, budəfəki görüşdə Blossom rolunu səsləndirən Keti Kavadini, Bubbles rolunu səsləndirən Tara Stronq və Butterkup rolunu səsləndirən Elizabet Enn Deyli birlikdə olublar.
Onlar layihədə professor Utoniy obrazını səsləndirən Tom Keyn ilə yenidən görüşüblər.
Bu, xüsusilə Tom Keyn üçün böyük hadisə sayılır. 2020-ci ildə insult keçirdikdən sonra səhhətində ciddi problemlər yaranmış və aktyor səhnə həyatı ilə vidalaşmışdı. Uzun illər sonra ictimaiyyət qarşısında ilk dəfə elə bu görüş zamanı görüntülənməsi fanatlarını çox təsirləndirib.
Görüş “The Powerpuff Girls” seriyasının orijinal səs heyətinin 2020 dən sonra birlikdə ilk görünüşü kimi yadda qalıb.
Fotolarda aktyorlar birlikdə gülümsəyərək xatirə şəkilləri çəkdiriblər və bu an sosial mediada yayılıb.
Mənsumə
Sfera.az