ABŞ-nin Müharibə Nazirliyinin (Pentaqon) Yaxın Şərqə əlavə hərbi texnika, o cümlədən 18 ədəd A-10 "Thunderbolt II" hücum təyyarəsi göndərməsi quru əməliyyatlarına hazırlıq prosesinin tərkib hissəsidir.
Sfera.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspertin sözlərinə görə, A-10 "Thunderbolt II" əsasən tankların və zirehli texnikanın məhv edilməsi, eləcə də quru qoşunlarına yaxın hava dəstəyi göstərmək üçün nəzərdə tutulmuş xüsusi hücum təyyarəsidir.
“Bu təyyarələr döyüş şəraitində uzun müddət fəaliyyət göstərə bilir, aşağı hündürlükdə effektiv manevr edir. Onların əsas üstünlüklərindən biri 30 mm-lik "GAU-8 Avenger" topu və 11 asqı nöqtəsi vasitəsilə geniş silah arsenalı daşımaq imkanına malik olmasıdır”, – deyə ekspert bildirib.
Qeyd edək ki, son dövrlərdə Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ və müttəfiqlərinin hərbi mövcudluğunu gücləndirməsi diqqət çəkir.
Firuzə Əliyeva
Sfera.az