“Ermənistanda oliqarx yoxdur”.
Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qaqik Tsarukyan belaruspərəst oliqarxdır. O, Tsarukyanın Belarusda oliqarx olduğuna əminliyini bildirib. Paşinyan Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyana istinadən qeyd edib ki, "digəri Rusiyada oliqarxdır".
Firuzə Əliyeva
Sfera.az