Qalmaqallı milyarder Ceffri Epşteynin qardaşı Mark Epşteyn intihar versiyasını qəti şəkildə inkar edir. Onun qarddaşının həbsxanada müəmmalı ölümlü ilə bağlı öz fərziyəsi var.
Sfera.az bildirir ki, Mark Epşteyn Ceffrinin ölümünün intihar deyil, qətl nəticəsində ola biləcəyini irəli sürür.
Mark qətldən şübhələnməsinə səbəb olan təfərrüatları bölüşüb. İlk şübhələr Epşteynin ilkin ölüm şəhadətnaməsi hazırlanarkən ortaya çıxıb.
"Ceffrinin cəsədi tapıldıqdan sonrakı gün ilk yarılma müayinəsində ölüm səbəbinin əlavə müayinələrdən sonra müəyyən ediləcəyi bildirilirdi. Həmin vaxt onlar bunu intihar və ya qətl adlandıra bilməzdilər"-deyə o qeyd edir.
Mark Epşteyn iddia edir ki, qardaşının yarılmasını həyata keçirən patoloqlar, eləcə də ailə nümayəndəsi Maykl Baden dərhal intihar əlamətlərini təsdiqləyə bilmədiklərini bildiriblər.
"Yarılma zamanı iştirak edən hər iki patoloq - yarılmanı həyata keçirən şəhər patoloqu Dr. Kristin Roman və mənim adımdan orada olan Maykl Baden - yarılmanı intihar adlandıra bilməyəcəklərini deyərək oranı tərk ediblər, çünki bu, qətlə çox oxşayırdı"- deyə o bildirib.
Epşteynin qardaşının sözlərinə görə, yarılma həkimləri intihar nəzəriyyəsinə inandıra bilməyib.
Mark Epşteyn əmindir ki, istintaq faktları gizlədir.
Bundan əlavə, Markın şübhələri istintaqın müəyyən faktları gizlətdiyinə görə yaranıb. O iddia edir ki, ailə ilk həftələrdə faktları almasaydı, əlavə araşdırmalar aparılmamışdı.
O vaxtkı baş prokuror Bill Barr açıq şəkildə bildirib ki, o, milyarderin kamerasının xaricdən video görüntülərini şəxsən araşdırıb. Epşteynin qardaşı qeyd edir ki, prokuror heç kimin kameradan çıxdığını və ya girdiyini görmədiyini deyib. Prokuror bildirib ki, məhz bu, onu intihar versiyasına inandırıb.
"Bunu eşidəndə başa düşdüm ki, bir növ ört-basdırdır, çünki ilk növbədə "Baş prokuror niyə video görüntüləri şəxsən araşdırır?" Bu, real görünmür" - deyə Mark izah edib.
Prokuror milyarderin qətlə yetirilmə ehtimalı ilə bağlı şübhələri dərhal rədd edib və bu da qardaşının istintaqın yalan olduğuna inanmasına səbəb olub.
Aynil
Sfera.az