Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda zəlzələ baş verib.


 


Sfera.az xəbər verir ki, AFAD-ın məlumatına görə, bölgədə 4,2 bal gücündə yeraltı təkan qeydə alınıb. Məlumata əsasən, zəlzələlərin episentri Sındırgı olub.


 


İlkin məlumatlara görə, hadisə nəticəsində dağıntı və xəsarət alanlarla bağlı rəsmi açıqlama verilməyib.