İran ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 tipli qırıcı təyyarənin ölkənin mərkəzi rayonları üzərində vurulduğunu bəyan edib.


 


Sfera.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.


 


"ABŞ Hərbi Hava Qüvvələrinin F-35 təyyarəsi İranın mərkəzi hissəsində səmada vurulub və qəzaya uğrayıb. Bu, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qabaqcıl hava hücumundan müdafiə sistemi vasitəsilə həyata keçirilib",- məlumatda qeyd edilib.


 


İran tərəfi qeyd edib ki, qırıcı heyətinin katapult etmək ehtimalı olduqca aşağıdır.