Mütəxəssislər bildirir ki, keyfiyyətli yuxu sağlam həyat üçün qidalanma qədər vacibdir. Lakin, xüsusən 50 yaşdan sonra bəzi qidalar yuxunun keyfiyyətini ciddi şəkildə aşağı sala bilər.
Sfera.az xəbər verir ki, İspaniya nevrologiya cəmiyyətinin məlumatına görə, yetkinlərin təxminən 48%-i yaxşı yata bilmir. Hər üç nəfərdən biri isə səhər narahatlıq hissi ilə oyanır. Yuxusuzluq immunitet sistemini zəiflədir və xroniki xəstəliklər riskini artırır. Yuxu pozğunluğunun səbəbi yalnız stress deyil, yediyimiz qidalar da rol oynayır.
ABŞ-də yerləşən AARP təşkilatına görə, 50 yaşdan yuxarı insanlar axşam saatlarında aşağıdakı qidalardan çəkinməlidirlər:
Köhnə pendirlər – “Tiramin” maddəsi ürək döyüntüsünü sürətləndirir, qan təzyiqini yüksəldə və yuxuya getməyi çətinləşdirə bilər.
Pomidor – Gecə istehlak edildikdə mədə turşusunu artırır, şişkinlik və reflüks riskini yüksəldir.
Qırmızı ət və toyuq – Zülallı olsa da, həzm olunması uzun çəkir bu da yuxu rejimini poza bilər. Emal olunmuş ətlər isə qan təzyiqini qaldıra bilər.
Portağal və sitrus meyvələri – Mədə turşusunu artırır və reflüks riskini yüksəldir.
Qəhvə, çay və kakao – Kofein beyni stimullaşdırır, yuxuya səbəb olan kimyəvi maddələri bloklayır.
Alkoqol – İlk baxışda yuxuya səbəb olsa da REM yuxusunu azaldır, gecə tez-tez oyanmalara və yuxu pozğunluğuna səbəb olur.
Mütəxəssislər vurğulayır ki, axşam yeməklərində bu qidalardan uzaq durmaq 50 yaşdan sonra keyfiyyətli yuxu üçün vacibdir.
Mənsumə
Sfera.az