Musiqi dünyasının sevilən ifaçılarından olan Mustafa Sandal üçün təşkil edilən “Tribute” layihəsinin son konserti böyük maraqla qarşılanıb. Layihənin təşkilatçısı Oğuzhan Uğur olan gecə ulduzlarla dolu anlara səhnə olub.


 


Sfera.az xəbər verir ki, 90-cı illərin ən məşhur sənətçilərindən biri sayılan Mustafa Sandal üçün keçirilən bu xüsusi tədbirə tanınmış simalar axın edib. Lakin gecənin ən çox diqqətçəkən məqamlarından biri müğənninin oğullarının da səhnəyə çıxması olub. Konsert boyunca böyük coşğu yaşanarkən, sənətçinin kiçik oğlu atasının mahnısını səhnədə ifa edib.


 


Digər oğlu isə DJ kabinəsində yer alaraq performansa fərqli ab-hava qatıb. Onların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Ülker Arena-da keçirilən gecədə bir çox məşhur sənətçi səhnəyə çıxıb. Onların sırasında Karsu, Atiye, Berkay, Burak Yeter, Ece Seçkin, Emre Aydın, Melek Mosso, Sefo və Ziynet Sali kimi tanınmış sənətçilər də yer alıb. Gecə həm nostalji anlarla, həm də yeni nəsil sənətçilərin enerjisi ilə yadda qalıb. “Tribute” layihəsinin bu konserti Mustafa Sandalın musiqi karyerasına ehtiram kimi qiymətləndirilib.


 


Mənsumə


Sfera.az