“Uzak Şehir” serialından sürpriz bir ayrılıq iddiası yayılıb. Serialın izləyicilər tərəfindən sevilən obrazlarından birini canlandıran Ferit Kayanın layihədən ayrıla biləcəyi barədə xəbərlər gündəmə gəlib.




Sfera.az xəbər verir ki, TV8-in əyləncə proqramı “Gel Konuşalım”da aparıcı Ece Erken Ferit Kayanın serialdan gedə biləcəyi barədə məlumatlar aldığını açıqlayıb.


 


Canlı yayımda səslənən bu iddia qısa zamanda maqazin gündəmində geniş əks-səda doğurub.




Hələlik həm prodüser heyəti, həm də Ferit Kaya tərəfindən rəsmi açıqlama verilməyib. İzləyicilər iddianın doğru olub-olmadığını maraqla gözləyir və bu addımın serialın hekayəsinə necə təsir edəcəyini müzakirə edirlər.




“Uzak Şehir” fanatları Ferit Kayanın rolundan ayrılmasının serialın gedişatına hansı yeniliklər gətirəcəyini diqqətlə izləməyə başlayıblar.


 


Mənsumə

Sfera.az