Türkiyəli aktrisa Hazal Kaya bu dəfə layihələri ilə deyil, yenilənmiş imici ilə gündəmə gəlib. Ekranların sevilən siması sosial media hesabında paylaşdığı yeni saç düzümü ilə izləyicilərinin diqqətini çəkib.


 


Sfera.az xəbər verir ki, aktrisa paylaşımında saçlarını kəsdiyini qeyd edərək yazıb:


 


“Saç kəsdirdim. Qıymazdım, amma yenə kəsdim”. Aktirisanın bu paylaşımı qısa müddətdə çoxsaylı bəyənmə və şərh toplayıb və sosial mediada trend mövzusuna çevrilib. Bəzi izləyicilər Hazal Kayanın yeni stilini nostalji hesab etsə də, çoxları onu bəyənərək dəstək verib.


 


Təbiiliyi və səmimiliyi ilə tanınan aktrisa kiçik imic dəyişikliyi ilə yenidən diqqət mərkəzində olmağı bacarıb. Qeyd edək ki, Hazal Kaya yalnız ekranlarda deyil, şəxsi həyatı ilə də gündəmdə qalır. 2019-cu ildə həmkarı Ali Atay ilə evlənən aktrisa iki uşaq anasıdır. “Adını Feriha Koydum”, “Aşk-ı Memnu”, “Bizim Hikaye” və “Maral” kimi ekran işləri ilə layihələrlə geniş pərəstişkar kütləsinə sahib olan Hazal Kaya, həm aktyorluğu, həm də sosial media paylaşımları ilə izləyicilərin diqqət mərkəzində qalmağa davam edir.


 


Mənsumə


Sfera.az