İran silahlı qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfəqari bildirib ki, ərəb ölkələri infrastrukturlarına zərər dəyməməsi üçün ABŞ əsgərlərini əraziləri tərk etməyə məcbur etməlidirlər.


 


Sfera.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. 




Qurum xəbər verir ki, regionda Amerika hərbi bazalarına ev sahibliyi edən ölkələr hücumun hədəfinə çevrilir. Onun sözlərinə görə, İran bundan məmnun deyil və əgər həmin ölkələr zərərdən qaçmaq istəyirlərsə, amerikalıları ölkələrini tərk etməyə məcbur etməlidirlər.


 


Niyaz Hacıyev

Sfera.az