Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin hava məkanına yönələn 13 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edildiyini açıqlayıb.




Sfera.az xəbər verir ki, nazirliyin rəsmi açıqlamasında son günlərdə hava məkanının pozulması cəhdlərinin qeydə alındığı bildirilib.


 


Hava hücumundan müdafiə sistemlərinin qısa zamanda reaksiya verərək bütün hədəfləri zərərsizləşdirdiyi və PUA-ların kritik obyektlərə çatmadan vurulduğu qeyd olunub.




Açıqlamada bildirilir ki, müdafiə sistemləri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində itki və ciddi ziyan qeydə alınmayıb. Bu barədə məlumat ABŞ-da yerləşən “X” platforması üzərindən paylaşılıb.




Hadisənin İran və İsrail arasında gərginliyin artdığı bir dövrdə baş verməsi regionda narahatlıqları gücləndirib. Ekspertlər xüsusilə Körfəz ölkələrinin hava hücumundan müdafiə qabiliyyətlərinin yüksək səviyyədə saxlandığını vurğulayırlar.




Səudiyyə Ərəbistanının qlobal enerji təminatında oynadığı həlledici rol nəzərə alınaraq, bu kimi təhdidlər neft bazarları tərəfindən yaxından izlənilir. PUA hücumlarının artması həm enerji təhlükəsizliyi, həm də regional stabilliklə bağlı narahatlıqları artırır.


 


Mənsumə

Sfera.az