Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil mərkəzlərində, eləcə də Tərtər və Neftçala peşə məktəblərində işlər tamamlanıb.
Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Məkrəzinə infotur zamanı deyib.
O bildirib ki, hazırda bəzi təhsil müəssisələrində tikinti və yenidənqurma işləri davam edir:
“Füzuli və Kəlbəcər Dövlət Peşə Təhsil mərkəzləri, Quba Peşə Liseyi, həmçinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Şuşa Dövlət Peşə Təhsil Mərkəzində işlər aparılır.
Bununla yanaşı, bir sıra layihələr layihələndirmə mərhələsindədir. Zəngilan, Qubadlı, Ağdam və Tovuz Dövlət Peşə Təhsil mərkəzləri, eləcə də Qax Peşə Liseyi üzrə layihələrin hazırlanması həyata keçirilir.
Eyni zamanda, Sumqayıtda sənaye və yüksək texnologiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzinin və Şirvan Peşə Liseyinin layihələri üzərində də işlər davam edir".
Firuzə Əliyeva
Sfera.az