Azərbaycanda 10 min 488 qadın peşə təhsili alır.


 


Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Məkrəzinə infotur zamanı deyib. 


 


O bildirib ki, peşə təhsilində ümumi qəbulda qadınların payı 40 faizə çatıb: 


 


“Qadınların payı 50 faizdən çox olan ixtisasların sayı 40, ümumilikdə isə qadınların qəbul olunduğu ixtisasların sayı 127-yə bərabərdir. Qadınların qəbulda payı 2022-ci ildə 32 faiz olduğu halda, 2025-ci ildə bu göstərici 40 faizə yüksəlib”.


 


Nazir müavini bildirdi ki, peşə təhsili sahəsində dayə ixtisasında qadınların payı 100 faizdir. 


 


O bildirib ki, laborant-mikrobioloq ixtisasında bu göstərici 92 faiz, moda dizaynı və geyim üzrə dizayner ixtisaslarında isə 91 faiz təşkil edir:


 


"Saç kəsimi və gözəllik sahəsində qadınların payı 90 faiz, qənnadçı və şirniyyatçı ixtisaslarında 89 faizdir. Eyni zamanda, kargüzarlıq və ofis ixtisaslarında qadınların payı 83 faiz, interyer dizaynında 81 faiz, dərzi ixtisasında isə 79 faiz təşkil edir.


Digər sahələrdə də qadınların üstünlüyü müşahidə olunur. Sığorta işçisi ixtisasında qadınların payı 71 faiz, qrafik dizayner ixtisasında 65 faiz, veb dizayn və proqram təminatı sahəsində isə 60 faizdir”.


 


Firuzə Əliyeva

Sfera.az