Son 10 ildə peşə təhsilinə qəbul olan tələbələrin sayı olduqca artıb.
Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Məkrəzinə infotur zamanı deyib.
Onun sözlərinə görə, 75 min gənc hər il ali təhsilə qəbul edilir:
"Hazırda, 79 peşə təhsili müəssisəsində 159 ixtisas üzrə 41 min tələbə təhsil alır. Ümumilikdə, peşə təhsil mərkəzlərində 3,5 min pedaqoji heyət fəaliyyət göstərir".
Firuzə Əliyeva
Sfera.az