Yeni bir araşdırma nəticəsində dünyanın ən kübar ölkələri müəyyən edilib. Sorğuya görə, ilk sırada Yaponiya, ikinci yerdə Kanada, üçüncü yerdə isə Birləşmiş Krallıq qərarlaşıb.
Sfera.az xəbər verir ki, siyahıda Avropa ölkələrinin üstünlüyü diqqət çəkir – ilk 25 ölkənin yarısından çoxu Avropadandır. Lakin avropalıların öz nəzakətlərini qiymətləndirməsi ilə qlobal baxış arasında fərqlər mövcuddur. Məsələn, britaniyalılar özlərini digər ölkələrdən daha aşağı sıraya qoysa da, qlobal qiymətləndirmələrdə dünyanın ən kübar ölkələri arasında üçüncü yerdədirlər.
Almaniya başqalarına göstərdiyi diqqət və dəqiqliyi sayəsində qlobal sıralamada beşinci yer alır, lakin özünü yalnız 21-ci sırada qiymətləndirir. Fransa isə özünü beşinci, qlobal qiymətləndirmələrdə isə 19-cu sırada görür. Yaponiya isə qlobal favorit olmasına baxmayaraq, özünü yalnız sondan ikinci sırada qiymətləndirir. Araşdırmalar göstərir ki, kübarlıq yalnız mədəniyyət və sosial qaydalardan ibarət deyil – həm də ölkələrin gündəlik vərdişləri və insanlara yanaşma tərzi ilə birbaşa bağlıdır.
Bu siyahı həm də turizm, qonaqpərvərlik və beynəlxalq münasibətlər baxımından ölkələrin nüfuzunu ölçmək üçün maraqlı bir göstərici sayıla bilər. Sonda, sorğuya əsasən dünyanın ən kübar ölkələrinin 25-lik reytinqi təqdim olunur: Yaponiya, Kanada, Birləşmiş Krallıq, Çin, Almaniya, Filipinlər, İsveç, Danimarka, Finlandiya, Cənubi Afrika, Avstraliya, İsveçrə, ABŞ, Hindistan, İrlandiya, Yeni Zelandiya, Norveç, Hollandiya, Tayland, Fransa, Braziliya, İspaniya, Belçika, İtaliya və Avstriyadır.
Mənsumə
Sfera.az