Azərbaycanda sahibkarlığın dəstəklənməsi istiqamətində aparıcı maliyy institutlarından biri olan AccessBank mikro bizneslərin inkişafına töhfə vermək

məqsədilə yeni “Gül kimi” təklifini təqdim edir.


 


Təklif çərçivəsində sahibkarlar AccessBank tərəfindən təqdim olunan Mikro Biznes Dəstəyi məhsulu ilə 100 000 AZN-dək maliyyələşməni sərfəli şərtlərlə əldə edə bilərlər. Bu təklif xüsusilə fəaliyyətini genişləndirmək və ya yeni biznes qurmaq istəyənlər üçün

əlverişli imkan yaradır.


 


Mikro Biznes Dəstəyi krediti maksimum 48 ay müddətinədək təqdim olunur, komissiya haqqı isə 0-3% aralığındadır. Kredit üzrə illik faiz dərəcəsi minimum 12%, maksimum 30% təşkil edir. Faktiki illik faiz dərəcəsi (FİFD) isə minimum 19%-dən başlayır.


 


AccessBank sadə və şəffaf şərtlər, operativ xidmətlər və ehtiyaclara uyğun çevik

maliyyələşmə imkanları təqdim etməyə davam edir.