Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti musiqi sürprizini təqdim edib.
Sfera.az xəbər verir ki, müğənni ilk dəfə konsert səhnəsində səsləndirdiyi “Yanındayam” mahnısının rəsmi klipini yayımlayıb. Mahnının musiqisi və sözləri Miroya, aranjimanı isə Sarkhan Beatsa məxsusdur.
Klipin rejissoru isə Elay Elxandır. Klipin çəkilişləri Bakı şəhərində aparılıb və vizual keyfiyyəti ilə izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Sosial şəbəkələrdə isə mahnı sürətlə trendə çevrilib – xüsusilə “TikTok” platformasında minlərlə istifadəçi “Yanındayam” mahnısına video çəkərək paylaşımlar edib. İzləyicilər və fanatlar klipi tərifləyərək, Röyanın ifaçılıq bacarığını və mahnının ritmini yüksək qiymətləndiriblər. Musiqisevərlər yeni mahnını həm sosial mediada, həm də musiqi platformalarında fəal paylaşaraq trendin böyüməsinə dəstək olublar. Bu klip Röya Ayxanın musiqi fəaliyyətində növbəti uğurlu addım kimi qiymətləndirilir və onun dinləyici auditoriyasını daha da artıracağı gözlənilir.
Mənsumə
Sfera.az