İnfarkt və insult hallarının çoxu səhər saat 06:00–11:00 aralığında baş verir.
Sfera.az xəbər verir ki, rusiyalı genetik Konstantin Krutovski bunun səbəbini orqanizmdə oyanış zamanı baş verən dəyişikliklərlə izah edir.
Səhər saatlarında stress hormonu olan kortizolun səviyyəsi yüksəlir, nəticədə təzyiq və nəbz artır. Eyni zamanda simpatik sinir sistemi aktivləşir və damarlar daralır. Bundan əlavə, qanın laxtalanma riski yüksəlir və trombun yaranma ehtimalı artır.
Bu faktorlar xüsusilə ürək-damar xəstəliyi olan insanlarda infarkt riskini daha da artırır. Həkimlər səhər saatlarında orqanizmi yavaş-yavaş oyandırmağı, ağır fiziki işlərdən çəkinməyi və təzyiq dərmanlarını həkim məsləhəti ilə düzgün vaxtda qəbul etməyi tövsiyə edirlər. Səhər saatları ürək üçün daha riskli dövrdür və bu zaman ehtiyatlı olmaq vacibdir.
Niyaz Hacıyev
Sfera.az