“Avroviziya” təmsilçimiz Safurə Əliyeva və həyat yoldaşı Fərhad Əliyev övladlarına gözlənilməz sürpriz ediblər.




Sfera.az xəbər verir ki, müğənni həmin anları sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.


 


Safurə övladları üçün yeni bir it aldığını bildirib və bu sürpriz uşaqlar tərəfindən böyük sevinc və həyəcanla qarşılanıb. Paylaşılan fotolar və videolar izləyicilərin marağına səbəb olub, sosial şəbəkələrdə böyük diqqət çəkib.




Qeyd edək ki, Fərhad Əliyev mərhum energetika naziri Natiq Əliyevin oğludur. Cütlüyün 3 övladı var və ailə hazırda İstanbulda yaşayır. Son günlər isə onlar bir neçə günlük səfərlə Bakıya gəliblər. Bu səfər zamanı Safurə və Fərhad övladları üçün belə xoş sürpriz təşkil ediblər.




Sosial şəbəkə izləyiciləri paylaşımı böyük maraqla qarşılayaraq ailəyə xoşbəxtlik arzulayıblar.


 


Mənsumə

Sfera.az