İraq Mülki Aviasiya Qurumu, ölkənin hava məkanının bütün istiqamətlər üzrə uçuşlara bağlanması barədə qərarın müddətinin uzadıldığını rəsmən açıqlayıb.


 


Sfera.az xəbər verir ki, yazılı bəyanatda qeyd olunub ki, İraqın hava məkanı daha bir həftə müddətinə bütün gəliş, gediş və tranzit uçuşlar üçün tamamilə bağlı olacaq.


 


Bu gün qüvvəyə minən yeni məhdudiyyət qərarı, 10 aprel yerli vaxtla saat 12:00-a qədər qüvvədə qalacaq.


 


Xatırladaq ki, sözügedən müddət ərzində ölkənin hava məkanından hər hansı mülki aviasiya məqsədilə istifadə edilməsi tamamilə qadağan edilib.


 


Bəsti Rəfizadə


Sfera.az