Hər gün yaşıl çay içən kişilərdə içməyənlərlə müqayisədə testosteron səviyyəsi 30% yüksək, iltihab 27%, yuxusuzluq isə 27% az olur.
Sfera.az bildirir ki, bu statistik məlumatlar yeni bir araşdırmanın nəticələrinə əsasaən hesablanıb.
Yaşıl çay, xüsusilə EGCG (epiqallokatexin-3-qallate) güclü antioksidantlar sayəsində iltihabı azaldır.
EGCG iltihab sitokinlərinin və fermentlərinin istehsalını yatırmağa kömək edir və sərbəst radikalları neytrallaşdırır. Yaşıl çay həmçinin iltihab molekullarının səviyyəsini azaltmaqla sümük və qığırdaq sağlamlığına da müsbət təsir göstərir.
Yaşıl çay xüsusilə hormonlara güclü təsir göstərir
Testesteronu daha aktiv formaya çevirən 5-alfa reduktaza fermentin sayəsində qan dövranında daha çox testosteron qalır.
Stressi azaldan və rahatlamağa kömək edən amin turşusu olan L-teanin sayəsində yaşıl çay yuxusuzluğa da effektiv təsir göstərir. Neyronların həyəcanlanmasını azaldır, beynin daha sakit vəziyyətə gəlməsinə və yuxunu yaxşılaşdırmasına kömək edir.
Yaşıl çayın tərkibində kofein olsa da, qəhvə ilə müqayisədə bu xeyli azdır. Çox ehtiyac olarsa, xüsusən də axşam yaşıl çay içməli olsanız, kofeinsiz növləri seçə bilərsiniz. Mütəmadi olaraq qəbul edildikdə L-teanin təbii yuxu rejimini bərpa etməyə kömək edə bilər.
Aynil
Sfera.az