Ölümcül fırtına Aralıq dənizini şiddətli yağış və güclü küləklərlə bürüyərkən Kipr qalın Saxara toz buludu ilə örtülüb.
Sfera.az xəbər verir ki, Erminio fırtınası Şimali Afrikadan güclü yağış gətirib. Hakimiyyət orqanları çölə çıxmamaq barədə xəbərdarlıq edib.
Saxaradan gələn toz buludu Kritdə "Mars" mənzərəsi yaradaraq, daha sonra Aralıq dənizinə çatıb və Kiprin səmasını örtüb. Bölgəyə güclü fırtına və hətta tornado da təsir edib.
Meteoroloqlar "çox miqdarda toz"un gəldiyini bildiriblər.
Qeyd edək ki, bu həftənin əvvəlində Liviya da qırmızı toz buludları ilə örtülmüşdü. İndi qum fırtınası daha şərqə doğru irəliləyərək Britaniya hərbi bazasının yerləşdiyi Kiprə çatıb.
Səhiyyə rəsmiləri hava keyfiyyətinin ciddi şəkildə pisləşməsi barədə xəbərdarlıq ediblər: bəzi yerlərdə havadakı hissəcik maddələrinin konsentrasiyası AB tərəfindən müəyyən edilmiş təhlükəsiz səviyyədən 36 dəfə yüksəkdir.
Səlahiyyətli qurumlar ictimaiyyəti bütün açıq hava fəaliyyətlərindən və idman növlərindən çəkinməyə, çölə çıxmaq məcburiyyətində qaldıqları təqdirdə toz maskası taxmağa və ya üzlərini nəm parça ilə örtməyə çağırıblar. Yerli sinoptiklər:
"Bu, ekstremal hadisə hesab olunur. Belə güclü fırtınaların hər on ildən bir qeydə alınır”-deyə xəbərdarlıq ediblər.
Pasxa tətili üçün Kritə gələn bir neçə reys səmada tozu səbəbindən istiqamətini dəyişməyə məcbur olub.
İraklionun əsas hava limanında xaos hökm sürür: uçuşlar ləğv edilib, enişlər təxirə salınıb.
Görünmə məsafəsinin təxminən 1000 metrə düşməsi səbəbindən ən azı iki uçuş istiqamətini dəyişmək məcburiyyətində qalıb ki, bu da eniş üçün təhlükəli hesab olunur.
Londondan “British Airways” təyyarəsi Korfuya, Brüsseldən “SKY Express” təyyarəsi isə Afinaya yönləndirilib.
Hadisə yerində həmçinin güclü tornadonun Pachia Ammos sahil zonasında meyvə və tərəvəz yükləməyə hazırlaşan yük maşınını aşırdığı kadrları da qeydə alınıb.
Aynil
Sfera.az