Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi etdiyi Türk Dünyası Parlamentlərarası Futbol Turniri Antalyada davam edir.
Sfera.az bildirir ki, “Türk Telekom”un sponsorluğu ilə keçirilən turnirdə Türkiyənin üç komandasından əlavə, Azərbaycan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası (ŞKTR) da iştirak edir.
İkinci günün ilk matçında ŞKTR Qırğızıstanla qarşılaşıb. ŞKTR matçda 4-3 hesabı ilə qalib gəlib.
Günün ikinci matçı ŞKTR ilə Azərbaycan arasında oynanılıb. Azərbaycan ŞKTR-ni 3-0 hesabı ilə məğlub edib.
Nəhayət, günün son matçında Türkiyə 2-ci Komandası Türkiyə 1-ci Komandasını 8-7 hesabı ilə məğlub edib
Turnirdə Türkiyə 1 komandasının formasını geyinən AK Partiya Antalya millət vəkili Mustafa Köse, turnirin məqsədinin dostluq olduğunu bildirərək:
“Bu turnirlə türk dünyası arasındakı qardaşlığı və dostluğu bütün dünyaya göstərmək istəyirik. Dünyanın ortaq dili olan futbol bu məqsədə çatmaq üçün bir vasitədir"-deyə vurğulayıb.
Qeyd edək ki, turnir sabah (4 aprel şənbə günü) keçiriləcək final matçı ilə başa çatacaq.
Aynil