Pentaqon İranın hücumlarından sonra Yaxın Şərqdəki bir neçə ABŞ bazasından hərbçilərini təxliyə edib.


 


Sfera.az bildirir ki, bu barədə ABŞ-ın Milli İctimai Radiosu (NPR) məlumat yayıb.


 


Məlumata görə, İranın Bəhreyndəki bazaya raket və pilotsuz təyyarə hücumu başlatdıqdan sonra yüzlərlə dənizçi ABŞ-a təxliyə edilib. Məlumatda bölgədəki digər bazalardan da təxliyə işlərinin aparıldığı bildirilir.


 


Məlumatda ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı olan Bəhreyndəki bazadan təxminən 1500 hərbçi və onların ailələrinin təxliyə edildiyi bildirilir.


 


ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından əvvəl bu bazada təxminən 8000 nəfər xidmət edib.


 


APA