İranda ölkə daxilində hücumların hazırlanmasında təqsirləndirilən iki nəfər edam edilib.


 


Sfera.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.


 


Qeyd olunub ki, məhkum olunanlar Tehranda "Mücahidin-e Xalq" (İran Xalq Mücahidləri Təşkilatı) müxalifət təşkilatı ilə əlaqəli olublar.


 


Onlar ölkənin Ali Məhkəməsi onlara çıxarılan hökmləri təsdiqlədikdən sonra "dar ağacından asılıblar".


 


Xatırladaq ki, martın 30-da "Mücahidin-e Xalq" müxalifət təşkilatı ilə əlaqədə ittiham olunan iki nəfər edam edilmişdi.