Türkiyənin tanınmış şoumeni Mehmet Ali Erbil anası Yurdagül Ekenin vəfatı ilə sarsılıb.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, 91 yaşında dünyasını dəyişən Yurdagül Eken İzmirdə torpağa tapşırılıb. Lakin Mehmet Ali Erbil səhhətindəki problemlər səbəbindən dəfn mərasiminə qatıla bilməyib.
Uzun illərdir müxtəlif sağlamlıq problemləri ilə mübarizə aparan məşhur şoumenin həkimlərin tövsiyəsi əsasında səyahət etmədiyi bildirilib. Xüsusilə “qaçış sindromu” kimi tanınan ciddi xəstəliklə mübarizə aparan Erbilin risk etməmək üçün İzmirdə keçirilən dəfn mərasiminə qatılmadığı qeyd olunub. Yurdagül Ekenin dəfn mərasimi ailə üzvləri və yaxınlarının iştirakı ilə İzmirdə baş tutub.
Mehmet Ali Erbilin isə anasının ölümündən dərin kədər hissi keçirdiyi və bu ağır günləri ailəsi ilə birlikdə sakit şəkildə yaşamağa çalışdığı bildirilir. Həm səhhətindəki çətinliklər, həm də anasının itkisi səbəbindən ağır günlər yaşayan Mehmet Ali Erbilin bir müddət ictimaiyyətdən uzaq qalacağı ehtimal edilir. Türkiyə şou-biznesindən bir çox tanınmış sima isə ona başsağlığı mesajları ünvanlayıb.
Fidan Hacızadə
Sfera.az