ABŞ-nin 2027-ci maliyyə ili üçün hazırlanan büdcə təklifinə dair sənəddə Ukraynanın adı bir dəfə də olsun qeyd olunmayıb.
Sfera.az xəbər verir ki, 92 səhifəlik layihənin heç bir hissəsində Ukraynaya yer verilmədiyi bildirilir. Sənəddə əsas məqsədlərdən birinin ABŞ-nin xarici yardım mexanizmlərinin yenidən nəzərdən keçirilməsi və “saxtakarlıq və sui-istifadənin qarşısının alınması” olduğu vurğulanır.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara əsasən, ABŞ administrasiyası 2027-ci ildə xarici siyasət və yardım xərclərini təxminən üçdə bir nisbətində azaltmağı planlaşdırır.
Niyaz Hacıyev
Sfera.az