Aprelin ilk həftəsonu astroloji baxımdan olduqca diqqətçəkən enerjilərlə yadda qalacaq. Astroloji mənbələrə görə, 4-5 aprel tarixlərində Ayın Əqrəb bürcündə hərəkəti emosional dərinliyi artıracaq, münasibətlərdə gizli qalan hissləri üzə çıxaracaq.
Eyni zamanda, 5-11 aprel aralığının astroloji fonunda Marsın Qoç bürcünə keçidi bir çox bürc üçün cəsarətli qərarlar, sürətli addımlar və daxili güc artımı vəd edir. Bu həftəsonu xüsusilə sevgi münasibətləri, şəxsi sərhədlər, emosional balans və gələcək planlarla bağlı məsələlər ön plana çıxacaq.
Bəzi bürclər üçün bu iki gün özünüifadə və yeni qərarlar dövrü olacaqsa, digərləri üçün daha çox daxili hesabat və sakitləşmə mərhələsi kimi keçəcək.
Sfera.az həftəsonu qoroskopunu təqdim edir:
Qoç
Bu həftəsonu Qoç bürcləri üçün daxili enerji yüksəlir. Şənbə günü emosional mövzularda daha təmkinli davranmaq tövsiyə olunur. Bazar günü isə yaxın münasibətlərdə qarşı tərəfin ehtiyaclarını nəzərə almaq vacib olacaq. Həftənin ümumi fonu göstərir ki, yaxın günlərdə Qoçlar üçün cəsarət və təşəbbüs enerjisi daha da artacaq.
Buğa
Buğalar üçün həftəsonunun əsas mövzusu münasibətlər olacaq. Xüsusilə şənbə günü sosial həyat canlana, yeni tanışlıqlar və ya mövcud münasibətlərdə fərqli dinamika yarana bilər. Bazar günü isə fikirləri düzgün ifadə etmək çətinləşə bilər, buna görə emosional reaksiyalardan qaçmaq tövsiyə olunur.
Əkizlər
Əkizlər üçün həm detallara fokuslanmaq, həm də yarımçıq qalan işləri tamamlamaq üçün münasib zamandır. Şənbə günü iş və gündəlik planlarda diqqətlilik önə çıxır. Bazar günü isə dost çevrəsi və ortaq layihələrlə bağlı fikir ayrılıqları yarana bilər. Astroloji fonda Əkizlər üçün gələcək planlar və sosial çevrə ilə bağlı yeni impulslar da görünür.
Xərçəng
Xərçənglər bu həftəsonu diqqət mərkəzində ola bilər. Mənbələrə görə, bu günlər xüsusilə özünüifadə, video çəkilişi, paylaşım və ya yaradıcılıq baxımından uğurludur. Bazar günü isə karyera və şəxsi planlar arasında balans saxlamaq vacib olacaq. Xərçənglər üçün “özünü göstərmək” enerjisi güclənir.
Şir
Şirlər üçün bir qədər geri planda qalmaq və enerjini düzgün yönləndirmək daha faydalı görünür. Şənbə günü daxili sakitlik, ailə və şəxsi məkan ehtiyacı arta bilər. Bazar günü isə emosional rahatlıq axtarışı əsas planlardan yayındıra bilər. Bu səbəbdən prioritetləri dəqiq müəyyənləşdirmək tövsiyə olunur.
Qız
Qız bürcləri üçün həftəsonunun əsas mesajı hər şeyi təkbaşına həll etməməkdir. Şənbə günü yaxın dost və ya etibar edilən bir şəxslə söhbət fərqli baxış bucağı qazandıra bilər. Bazar günü isə emosional paylaşımda həddi aşmamaq, xüsusilə dostluqlarda həssas mövzuları ölçülü saxlamaq tövsiyə edilir.
Tərəzi
Tərəzilər üçün keçmişdən qalan mövzular yenidən gündəmə gələ bilər. Münasibətlərdə “bu əlaqə hara gedir?” sualı daha çox düşündürəcək. Bazar günü partnyor və ya yaxın münasibətlərdə gərginlik riski arta bilər. Astroloqlar emosional təzyiq göstərməkdənsə, müşahidə mövqeyində qalmağı tövsiyə edirlər.
Əqrəb
Əqrəb bürcü bu həftəsonunun ən güclü enerjisini alan bürclərdən biridir. Ayın Əqrəbdə olması səbəbindən hisslər, intuisiya və daxili aydınlıq daha da artır. Şənbə günü şəxsi planlara fokuslanmaq və özünü daha dürüst ifadə etmək uğurlu olacaq. Bazar günü isə planların dəyişməsi mümkündür, buna görə çevik davranmaq vacibdir.
Oxatan
Oxatanlar üçün bir qədər sakitlik və daxili təhlil dövrü kimi görünür. Sosial olmaq istəsələr də, əslində bir qədər geri çəkilmək və düşünmək daha faydalı ola bilər. Bununla yanaşı, yeni həftənin astroloji fonu Oxatanlara motivasiya, enerji və daha çox özünəinam vəd edir.
Oğlaq
Oğlaqlar üçün dost çevrəsi, sosial əlaqələr və gələcək planlar ön plana çıxır. Yaxın insanlarla vaxt keçirmək ruh yüksəkliyi yarada bilər. Bununla yanaşı, emosional yükü azaltmaq üçün planları sadələşdirmək və hər şeyi eyni anda idarə etməyə çalışmamaq tövsiyə olunur. Bəzi Oğlaqlar üçün ani qərarlar da gündəmə gələ bilər.
Dolça
Dolçalar üçün bu həftəsonu həm diqqətdə olmaq, həm də məsuliyyət enerjisi gətirir. Sosial çevrədə aktivlik, yeni tanışlıqlar və ya şəxsi imiclə bağlı mövzular aktuallaşa bilər. Yerli mühitdə daha çox hərəkətlilik hiss oluna bilər. Bazar günü isə çox fikir dəyişmək və ya dağınıq planlar yorucu ola bilər.
Balıqlar
Balıqlar üçün bu həftəsonu daxili aydınlığın nəticələrini hiss etmək vaxtıdır. Şənbə günü daha geniş perspektivdən baxmaq, təhsil, yeni ideya və ya şəxsi inkişaf mövzularına yönəlmək faydalı ola bilər. Yeni həftənin fonu isə Balıqlar üçün artıq düşünməkdən çıxıb hərəkətə keçmək mərhələsinin başladığını göstərir.
Fidan Hacızadə
Sfera.az