ABŞ-nin NASA kosmik agentliyi Artemis II missiyası çərçivəsində çəkilmiş Yer kürəsinin unikal görüntülərini ictimaiyyətə təqdim edib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, fotolar kosmik gəminin komandiri Reid Vaysman tərəfindən çəkilib. Yayımlanan kadrlardan birində Yer kürəsinin kapsulun pəncərəsində əks olunduğu, digər görüntüdə isə planetin tam sferik formada aydın şəkildə göründüyü əks olunub.
Bildirilir ki, ekipajın 6 aprel tarixində Ay orbitinə çatacağı gözlənilir. Missiya çərçivəsində dörd nəfərlik heyət kosmik gəminin sistemlərini sınaqdan keçirəcək, Ayın daha əvvəl müşahidə olunmamış hissələrinin görüntülərini əldə edəcək və gələcək eniş missiyaları üçün potensial əraziləri araşdıracaq. Qeyd edək ki, Artemis II proqramı 50 ildən artıq fasilədən sonra insanlı Ay missiyalarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Missiya 1 aprel tarixində uğurla start götürüb.
Fidan Hacızadə
Sfera.az