ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişi üzrə danışıqları aparan şəxsin canlı efirdə nüvə məsələlərində ekspert olmadığını etiraf etdiyini açıqlayıb.


 


Sfera.az xəbər verir ki, məlumata görə, bu etirafdan 48 saat sonra müharibə başlanıb. Mətbuat konfransında Donald Tramp jurnalistlərə bildirib ki, İranla müharibə qərarını o, Stiv Vitkoff, Cerad Kuşner, Pit Heqset və Marko Rubio ilə danışıqdan sonra qəbul edib. Qərara heç bir aktiv hərbi komandan daxil edilməyib. Vitkoff daşınmaz əmlak investoru, Kuşner isə Trampın qaynı oğludur.


 


Heqset keçmiş “Fox News” aparıcısı, Rubio isə senator olaraq tanınır. Konqresdəki Demokratlar onları “diplomatiya və ya milli təhlükəsizlik təcrübəsindən uzaq, daşınmaz əmlak sahəsindən olan şəxslər” kimi qiymətləndiriblər. Məlumata görə, Vitkoff və Kuşner Cenevrədə nüvə danışıqlarını aparıblar, lakin nüvə üzrə ekspertləri prosesə daxil etməyiblər. Vitkoff etiraf edib ki, o, nüvə sahəsində ekspert deyil. Vitse-prezident Vens müharibəyə qarşı çıxıb. Konqres hər dörd şəxsin müharibə qərarında rolunu izah etmək üçün ifadə verməsini tələb edib.


 


Niyaz Hacıyev


Sfera.az